Faydalı
Bu balıqlar sağlamlığınız üçün təhlükədir:
Faydalı
14

Bu balıqlar sağlamlığınız üçün təhlükədir: Parazitlərlə dolu ola bilər

Dəniz məhsulları və balıq zülal və faydalı maddələrlə zəngindir. Lakin düzgün bişirilmədikdə, onlar orqanizm üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, parazitar orqanizmlər — lent qurdu, opistorxoz və müxtəlif trematodlar insan bədəninə yoluxmuş balıq vasitəsilə daxil olaraq ağır xəstəliklərə səbəb ola bilər.

Əsas təhlükələr:

  • Nəhəng lent qurdu – uzunluğu 10 metrə qədər böyüyə bilər və difillobotrioz yaradır. Əsas yoluxma səbəbi yaxşı bişirilməmiş və ya az qızardılmış balıqdır. Simptomlara halsızlıq, iştahanın itməsi və qusma daxildir.

  • Opistorxoz – qaraciyər və öd yollarını zədələyən parazitar xəstəlikdir. Çox vaxt yaxşı bişirilməmiş çay balığı vasitəsilə yoluxur.

  • Trematod və sestodlar – müvafiq olaraq şistosomoz və tenioz yaradır.

Necə qorunmalı?

  • Balığı yalnız yüksək temperaturda bişirin — ən azı 63°C-də qaynatmaq, sobada bişirmək və ya qızartmaq lazımdır.

  • Çiy, qurudulmuş və az duzlanmış balıqlardan, xüsusilə də çay balığından uzaq durun.

  • Bişirməzdən əvvəl balığı diqqətlə yoxlayın, şübhəli izlərə fikir verin.

Hansı balıq və dəniz məhsullarından imtina etmək tövsiyə olunur:

  • Vəhşi dəniz levreyi

  • Kafelnik (ilan balığı)

  • Atlantik böyükbaş

  • Köpəkbalığı əti

  • Kral makrel

  • Qılınc balığı

  • Ruvet (yağlı balıq)

  • Göy tuna

  • Qırmızı lusian

  • Marketdə satılan hazır suşi və rollar

 Bu qaydalara əməl etməklə, balığın bütün faydalı xüsusiyyətlərindən zövq ala bilər və sağlamlığınızı qorumuş olarsınız.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun