Faydalı
Boyun gərginliyini aradan qaldıran
Faydalı
16

Boyun gərginliyini aradan qaldıran üç ən yaxşı məşq

Fitness mütəxəssisi Svetlana Prokofyeva «Gazeta.Ru»ya müsahibəsində uzun müddət oturaq işlə məşğul olan insanlar üçün boyundakı gərginliyi və ağrını azaltmağa kömək edən üç sadə hərəkəti tövsiyə edib.

E-saglam.az həmin məşqləri sizə təqdim edir:

Birinci məşq — trapeziya əzələsinin dartılması.
Düz oturun, kürəyi düz saxlayın. Sağ əlinizlə başınızı tutaraq ovuqunuzu sol gicgahın üstünə qoyun və başınızı yavaşca sağ çiyninizə tərəf əyin. Sol çiyin aşağıda qalmalıdır. Bu vəziyyətdə 20–30 saniyə qalın, dərin nəfəs alın, sonra eyni hərəkəti digər tərəfə təkrarlayın. Hər tərəfə 2–3 dəfə etmək tövsiyə olunur.

İkinci məşq — müqavimət.
Əlinizi alına qoyun, başınızı irəli əyməyə çalışın, amma eyni zamanda əllə müqavimət göstərin. Təxminən 10 saniyə davam edin. Eyni texnika ilə əlinizi başın arxasına, sonra isə yan tərəflərə qoyaraq geriyə və yanlara doğru edin. Hər istiqamətdə 2–3 dəfə təkrarlayın.

Üçüncü məşq — çənəni çiynə yaxınlaşdırmaq.
Oturaraq və ya ayaqüstə, çiyinləri aşağı salın. Başınızı asta-asta sola çevirin, sanki sol çiyninizin arxasına baxmaq istəyirsiniz, çənənizi də sola doğru yönəldin. 20–30 saniyə saxlayın, sonra başınızı mərkəzə qaytarın və digər tərəfə təkrarlayın. Hər tərəfə 2–3 dəfə edin.

Mütəxəssis qeyd edir ki, bu hərəkətləri hər iki saatdan bir etmək boyun və çiyinlərdə diskomfortu azaltmağa kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun