Qidalanma
Rəngli bibərlər sağlamlıq üçün əvəzsizdir – Diyetoloqlar
Qidalanma
15

Rəngli bibərlər sağlamlıq üçün əvəzsizdir – Diyetoloqlar xəbərdarlıq edir

Diyetoloqlar rəngli bibərlərin (qırmızı, sarı, narıncı və yaşıl) gündəlik qidalanmada əhəmiyyətli rol oynadığını bildirirlər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tərəvəzlər xüsusilə C və A vitamini ilə zəngindir, antioksidant təsiri sayəsində hüceyrələri sərbəst radikallardan qoruyur və iltihabı azaldır.

Bundan əlavə, rəngli bibərlər ürək-damar sağlamlığını qoruyur, görmə qabiliyyətini dəstəkləyir, çəkiyə nəzarətə kömək edir və immunitet sistemini gücləndirir. Diyetoloqlar gündə bir neçə dilim rəngli bibərin sağlam həyat tərzi üçün ideal olduğunu vurğulayır.

Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun