Faydalı
Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir?
Faydalı
69

Burun damcılarından nə qədər istifadə etmək təhlükəsizdir? DİQQƏTLİ OLUN

Burun tıxanıqlığını aradan qaldırmaq üçün çoxları damar-daraldıcı damcılardan (dekongestantlardan) istifadə edir.

E-saglam.az xəbər verir ki, onlar sürətlə təsir göstərir: bir neçə saniyə ərzində burun selikli qişasındakı damarlar daralır və nəfəs alma yüngülləşir.

Lakin onların mənfi tərəfi də var — “rikoset sindromu”. Bu dərmanlar noradrenalinin təsirini təqlid edir, amma davamlı istifadədə burundakı reseptorlar həssaslığını itirir. Nəticədə damcılar olmadan damarlar daha da genişlənir, tıxanıqlıq artır və asılılıq yaranır. Hətta orqanizmin öz hormonları da əvvəlki kimi işləməməyə başlayır.

 Təxminən 7–8 gündən sonra burun artıq dərmansız normal daralma qabiliyyətini itirir.

Həkimlərin tövsiyəsi:

  • Damar-daraldıcı damcılardan yalnız kəskin zökəm dövründə, burun tam tıxananda istifadə etmək olar.

  • İstifadə müddəti maksimum 7 gündür.

  • Ən yaxşısı isə 2–3 gündən sonra onlardan imtina etməkdir.

Nə etməli, əgər asılılıq yaranıbsa?

Əgər damcılardan imtina etmək mümkün olmursa, dərhal LOR həkiminə müraciət etmək lazımdır. Adətən həkimlər:

  • yerli müalicə (hormonal sprey və ya dəniz duzu məhlulları) təyin edirlər;

  • əgər bu kömək etmirsə, lazer vazotomiya aparılır. Bu prosedur burun selikli qişasındakı damarların həddindən artıq genişlənməsini azaldır və onların normal fəaliyyətini bərpa etməyə kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun