Bir çox ailələr uşaqları ilə yola çıxır, lakin təhlükəsizliyi unutmamaq həyati əhəmiyyət daşıyır.
E-saglam.az xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin Pirogov Universitetinin Cərrahiyyə İnstitutunun Travmatologiya və Ortopediya kafedrasının assistenti Nikolay Kondırev uşaq avtomobil oturacağının sadəcə rəsmi tələb deyil, həyati zərurət olduğunu izah edir.
Avtomobil Oturacağının Önəmi:
Uşaq avtomobil oturacağından istifadə edilmədikdə, qısa bir səyahət belə faciəyə çevrilə bilər. Qəzada uşağın ağır yaralanma və ya ölüm riski xeyli artır. Oturacaq uşağın yaşına və çəkisinə uyğun olmalı, düzgün bərkidilməli və təhlükəsizlik kəməri ilə möhkəm bağlanmalıdır. Körpənin təhlükəsizliyi hər şeydən öncə gəlir.
Hava Yastıqları və Uşaqlar:
-
Hava yastıqları böyükləri xilas edir, lakin uşaqlar üçün təhlükəli ola bilər.
-
Ön oturacaqda 12 yaşdan kiçik uşaqlar aktiv hava yastığı ilə oturmamalıdır, zərbə baş və boyuna ciddi zərər verə bilər.
-
Arxa hava yastıqları varsa, yaralanma riskini azaldır, amma effektivliyi ön yastıqlar qədər yüksək deyil. Arxa oturacaqlarda əsas qorunma vasitəsi təhlükəsizlik kəməri və uşaq oturacağıdır.
Qəza Halında Nə Etmək Lazımdır:
-
Avtomobili dayandırın, işıqları yandırın və təhlükə nişanı qoyun.
-
Uşağın vəziyyətini yoxlayın; huşsuzdursa, reanimasiyaya başlayın (30 basma + 2 nəfəs).
-
Qanaxmanı təzyiq bandajı ilə dayandırın; qırılma şübhəsi varsa uşağı hərəkət etdirməyin.
-
Huşsuz xəstəyə su və ya dərman verməyin.
-
Təcili yardım (112/103) və yol polisi ilə əlaqə saxlayın.
Hətta yüngül görünən xəsarətlər də sonradan ciddi problemə çevrilə bilər. Avtomobil oturacağından istifadə uşağı qorumağın asan və effektiv yoludur. Bu qaydaya əməl etməmək isə həyatı baha başa gələ bilər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az