Faydalı
Xurmanın qan şəkərinə təsiri
Faydalı
55

Xurmanın qan şəkərinə təsiri sizi təəccübləndirəcək

Xurmanın şirin dadının arxasında gizlənən təsirlər yalnız ləzzətlə məhdudlaşmır – bu meyvə həm qan şəkərinə nəzarətdə, həm də ümumi sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.

E-saglam.az xəbər verir ki, şirin və şirəli meyvələri sevən, lakin qan şəkərinə nəzarət etməli olan şəkərli diabet xəstələri üçün xurma mülayim şəkildə qəbul edildikdə sağlam seçim hesab olunur. Orta glisemik indeksi, yüksək lif və antioksidant tərkibi sayəsində xurma həm qan şəkərinin idarə olunmasına, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, xurmanı zülal və ya sağlam yağlarla birlikdə istehlak etmək və porsiya ölçülərinə diqqət yetirmək, qan şəkərində qəfil artımın qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun