Qida mühəndisi Montse Melendez insanı təhlükəli bakteriyalardan qorumaq üçün yumurtaların seçimi və istifadəsi zamanı nələrə diqqət yetirmək lazım olduğun haqda vməlumat verib.
E-saglam.az xəbər verir ki, Montse nn önəmlisi yumurtanın xarici bütövlüyünü qorumaq olduğunu bildirib. Mikroskopik deşiklər vasitəsilə mikroorqanizmlər içəriyə daxil ola bilər. Qabıq özü porlu olduğu üçün uzun müddətli saxlama üçün yumurtaları yumaq məsləhət deyil — bu, yumurtanın təbii qoruyucu qatını aradan qaldırır.
Dərin çatlar və digər qüsurlarla zədələnmiş yumurtaları da yeməmək daha yaxşıdır. Zədələnmə kiçik görünsə belə, qabığın altına hansı mikrobların daxil olduğunu bilməmək təhlükəlidir.
Temperatur dəyişiklikləri də təhlükəlidir: yumurtanın səthində kondensat əmələ gəldikdə, bakteriyalar üçün içəriyə giriş asanlaşır. Yumurta ehtiyatlarını soyuducunun qapısında deyil, iç rəflərdə saxlamaq lazımdır, çünki qapı tez-tez açıldığı üçün temperatur dəyişir, deyə Vanitatis jurnalına müsahibəsində qeyd edib.
Yumurtanı sındırdıqda onun xarab olub-olmadığını necə başa düşmək olar? Çoxları sarısında qırmızı ləkə görüncə qorxur. Əslində bu təhlükəsizdir və yalnız yumurta formalaşarkən damarların qırıldığını göstərir.
Tam fərqli hal isə bulanıq, qeyri-adi rəngli ağdır. Belə məzmun, çox güman ki, salmonella ilə yoluxub və onu yemək qəti qadağandır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az