Faydalı
Mədə bulantısına
Faydalı
65

Mədə bulantısına təbii çarələr

Həyatımızın müəyyən dövrlərində qarşımıza çıxan bu narahatedici vəziyyətə qarşı faydalı təbii üsullar mövcuddur. Bu üsullar sizi həm bulantıdan azad edir, həm də əzələ sisteminizi rahatladır.

E-saglam.az xəbər verir ki, mədə bulandığı zaman boşalma prosesi baş verməzsə, bədən gərginləşir və beyin bunu təhlükə siqnalı kimi qəbul edir. Lakin bulantını dərhal yüngülləşdirmək üçün sadə və təbii üsullar mövcuddur. Aşağıda siyahını təqdim edirik:

 Banan 

Kaliumla zəngin olan banan, mədə bulantısına qarşı ən dadlı təbii vasitələrdən biridir. Mədə seliyini artıraraq qoruyucu təsir göstərir. 

Çobanyastığı çayı

Adətən yuxusuzluğa qarşı istifadə edilən çobanyastığı çayı, mədə bulantısına da yaxşı təsir edir. Rahatladıcı qoxusu və sakitləşdirici xüsusiyyəti ilə bulantını tez bir zamanda aradan qaldıra bilər. Ancaq həddindən artıq istifadə etmək məsləhət deyil.

Alma

Xüsusilə yaşıl, turş alma mədəni rahatladır və bulantını azaldır. Şirin qırmızı almadan çox, turş yaşıl alma bu halda daha faydalıdır.

 Limon

Mətbəximizin ən faydalı məhsullarından biri olan limon, mədə bulantısına da təsirli çarədir. Bir stəkan suya bir neçə damcı limon əlavə etmək mədə turşusunu tarazlayaraq bulantını azaldır. Hətta limon qoxusunu sadəcə iyləmək belə bulantını yüngülləşdirə bilər.

 Kartof

Düzgün şəkildə bişirilmiş kartof, xüsusilə qaynadılmış halda, mədə turşusunu azaldır və krampları aradan qaldıraraq bulantını yüngülləşdirir.

 Alma Sirkəsi

1 çay qaşığı alma sirkəsini 1 stəkan suya əlavə edib içmək mədə turşusunu neytrallaşdıraraq bulantını azalda bilər. Amma mədə problemi olanların bu üsulu ehtiyatla tətbiq etməsi tövsiyə olunur.

Qatıq

Evdə hazırlanmış qatıq mədənin dostudur. Probiyotiklərlə zəngin olan qatıq həzmi tənzimləyir, mədə kramplarını azaldır və bulantını qısa müddətdə aradan qaldırır.

 Zəncəfil

Mətbəxin ən faydalı ədviyyatlarından biri olan zəncəfil, mədə bulantısının ən təsirli təbii vasitələrindəndir. Mədə turşusunu tarazlayır, mədə əzələlərini rahatladır. Təzə halda istifadə etmək və ya çayını içmək bulantını yüngülləşdirən ən güclü üsullardandır.


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun