Faydalı
Günəbaxan tumu appendisitə səbəb olur? -
Faydalı
73

Günəbaxan tumu appendisitə səbəb olur? - Həkim açıqladı

Qastroenteroloq Yuliya Slasten bildirib ki, günəbaxan tumlarının yeyilməsi apandisitə yol açmır.

E-saglam.az xəbər verir ki, o, "news.ru"ya açıqlamasında bu iddianı mif adlandırıb.

Mütəxəssisin sözlərinə görə, tumlar kiçik olduğundan bağırsaqlara çatmamış həzm olunur. Bununla belə, çox miqdarda qəbul edildikdə şişkinlik, ürək bulanması, ishal və ya qəbizlik yarada bilər.

Slasten vurğulayıb ki, apandisitin əsas səbəbi tumlar deyil, qəbizlik ola bilər. Belə hallarda bağırsaqda yaranan koprolitlər appendiksin tutulmasına və iltihaba gətirib çıxara bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun