Tibbi xəbərlər
Necdet Ünüvar: "Bakı Qlobal Forumu koronavirusla mübarizədə önəmli tədbirdir”
Tibbi xəbərlər
135

Necdet Ünüvar: "Bakı Qlobal Forumu koronavirusla mübarizədə önəmli tədbirdir”

“Azərbaycanda olmaqdan böyük məmmunluq hissi keçirirəm. Azərbaycan dünyada həm iqtisadi, həm də sosial məsələlərə biganə qalmayan ölkələrdən biridir. Bugünkü forumda COVID-19-dan sonra dünya ölkələrinin vəziyyəti dəyərləndiriləcək”.

E-saglam.az xəbər verir ki, bunu Ankara Universitetinin rektoru Necdet Ünüvar Bakıda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, koronavirus pandemiyası bütün dünya üçün bir təcrübə oldu: “Bu, həm təhsil, həm səhiyyə, həm də sosial sahələrdə özünü büruzə vermiş oldu. Bakı Qlobal Forumu da bu sahədə önəmli tədbirdir. Forumda COVID-19-dan sonrakı müddətdə dünyada nələrin ola biləcəyi və gələcəkdəki digər pandemiya zamanlarında necə hərəkət etməli olduğumuza dair müzakirələr aparılacaq. Tədbirdə həmçinin, koronavirusla mübarizədə dünyanın müxtəlif ölkələrinin təcrübələri müzakirə ediləcək. Təbii ki, Azərbaycanın bu sahədəki tərbücəsi də müzakirə mövzuları sırasında olacaq”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun