Mütəxəssislər soğan, sarımsaq və kartofun soyuducuda saxlanmasının sağlamlıq üçün təhlükəli olduğunu vurğulayır.
E-saglam.az xəbər verir ki, bu qidaların yanlış şəraitdə saxlanması qida zəhərlənməsinə və kanserogen maddələrin yaranmasına səbəb ola bilər.
Soğan: Rütubətli və soyuq mühitlərdə soğan tez kiflənir və sağlamlıq üçün risk yaradır. Cücərmiş soğanların tərkibində daha çox antioksidan ola bilər, lakin soyuducuda saxlandıqda sürətlə xarab olur və zəhərlənmə riski yaradır. Soğanı sərin və quru yerdə saxlamaq daha təhlükəsizdir.
Kartof: Soyuq mühitdə kartofun quruluşu pozulur və zəhərli solanin maddəsi yaranır. Bu, bişirildikdə kanserogen akrilamid miqdarını artırır. Kartof üçün ideal saxlama yeri qaranlıq, sərin və quru mühitdir.
Sarımsaq: Soyuducuda saxlanılan sarımsaq dadını itirir və acılaşır. Sarımsağın düzgün saxlanma üsulu otaq temperaturunda, hava axını olan qaranlıq yerdədir.
Bu qidaları düzgün şəraitdə saxlamaqla həm onların dadını, həm də sağlamlığınızı qorumaq mümkündür. Mütəxəssislərin tövsiyəsinə əməl edərək qida təhlükəsizliyini təmin edə bilərsiniz.
Tərcümə: Könül Oruc