Tibbi xəbərlər
Mütəxəssis dərmanın xarab olduğunu göstərən
Tibbi xəbərlər
69

Mütəxəssis dərmanın xarab olduğunu göstərən əlamətləri açıqlayıb

Dərman vasitələrinin düzgün saxlanılması və son istifadə tarixinin yoxlanılması onların təhlükəsizliyi və effektivliyi baxımından böyük əhəmiyyət daşıyır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi əlamətlər dərmanın xarab olduğunu və istifadəsinin təhlükəli ola biləcəyini göstərə bilər.

E-saglam.az xəbər verir ki, əczaçı Karina Titovanın sözlərinə görə, dərmanın rənginin və ya konsistensiyasının dəyişməsi, çöküntünün əmələ gəlməsi, qeyri-adi qoxunun yaranması, maye preparatlarda qabarcıqların görünməsi və ya qablaşdırmanın şişməsi əsas xəbərdaredici əlamətlər hesab olunur.

Mütəxəssis bildirib ki, bu hallardan hər hansı biri müşahidə olunarsa, həmin dərmandan istifadə edilməməlidir.

Əczaçı vurğulayıb ki, xarab olmuş dərman yalnız təsirini itirmir, bəzi hallarda sağlamlıq üçün təhlükəli və hətta zəhərli ola bilər.

Həkimlər və əczaçılar tövsiyə edirlər ki, dərmanın təhlükəsizliyi ilə bağlı ən kiçik şübhə yarandıqda, məsələn, preparat uzun müddət isti mühitdə qaldıqda, donduqda və ya sirop bulanıqlaşdıqda, ondan istifadə edilməsin və mütəxəssis məsləhəti alınsın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun