Tibbi xəbərlər
Müdir həmkəndlisi ilə birləşib COVID pasportu satdılar
Tibbi xəbərlər
224

Müdir həmkəndlisi ilə birləşib COVID pasportu satdılar

“Lerik rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin Vov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə peyvənd olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon Prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon Prokurorluğundan E-saglam.az-a verilən məlumata görə, araşdırmalarla Lerik rayonu, Siyov kənd sakini Mahir Əliyevin Vov kənd tibb məntəqəsinin müdiri işləyən həmkəndlisi Anar Məstəliyev ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin peyvənd vurulmadıqları halda I və II doza peyvənd olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun