Mövsümü olmayan meyvə və tərəvəzlər bizə iki fərqli formada mənfi təsir edir.
Bu sözləri E-saglam.az-a açıqlamasında qida mühəndisi Fərid Səfərov deyib.
Onun sözlərinə görə, iki mənfi təsirin birincisi sağlamlığımız, ikincisi isə cibimizdir:
"Sağlamlığımıza ona görə mənfi təsir edir ki, mövsümü olmayan meyvə və tərəvəzlərin görüntüsü xoş olsa da tərkibi bir o qədər bərbaddır. Tez yetişməsi və uzun müddət saxlanması üçün kimyəvi qarışıqlardan, böyümə hormonlarından istifadə olunur və nəticədə sağlamlığımıza ziyan vurur.
Cibimizə isə ona görə mənfi təsir edir ki, mövsümdən kənar satılan meyvə və tərəvəzlərin qiyməti də mövsümündəkindən 10 qat baha olur. Məsələn: patron xiyar - 8 AZN".
F.Səfərov bildirib ki, sağlamlığınızda və büdcənizdə mənfiyə düşmək istəmirsinizsə mövsümü olmayan meyvə və tərəvəzləri qida rasionunuza daxil etməyin: "Sağlam qidalanaraq sağlam yaşayın".
Könül Oruc