Qidalanma
Mövsüm dəyişərkən sağlam qalmaq üçün bunları edin
Qidalanma
223

Mövsüm dəyişərkən sağlam qalmaq üçün bunları edin

Mövsüm dəyişikliyində orqanizmdə də bir çox dəyişikliklər olar. Ən çox da immunitet zəifləyir və xəstəliklər baş qaldırır.

E-saglam.az axşam.az-a istinadən bildirir ki, mütəxəssislər mövsüm dəyişikliyində qidalanmağa xüsusi diqqət edilməsini məsləhət görür. Günə keyfiyyətli səhər yeməyi ilə başlamalı, günü sağlam qəlyanaltılarla zənginləşdirməli, nahar və şam yeməyi ilə istirahət etməlisiniz.

Soyuq havalarda su içməyi çoxumuz azaldırıq. Su sərfiyyatının azalması isə immun sisteminin ciddi şəkildə azalmasına səbəb olur. Odur ki, soyuq havalarda da bacardığınız qədər su içməlisiniz. 

Məsələn, soğan, sarımsaq, zəncəfil, pırasa kimi antibakterial xüsusiyyətlərə malik tərəvəzləri yeməklərimizə daxil etməliyik. Bu qidaları salatlarda istifadə edib, şorbalara əlavə edib, az-az yeməklərimizə əlavə edə bilərik. İmmunitet sistemimizi gücləndirmək üçün yeməklərdə bulyondan istifadə etmək və həmçinin qəlyanaltı kimi bulyon içmək yaxşı olar. 

Əsas yeməklərdə zülalla zəngin qidaların istehlak edilməsi mütləqdir. Xüsusilə, sağlam səhər yeməyi boşqabında yumurta, pendir, zeytun, tam buğda çörəyi, müxtəlif rəngli tərəvəzlər və yağlı toxum qruplarının yer almasına diqqət yetirilməlidir, qoz, badam və fındıq omeqa-3 ilə zənginləşdirilməlidir.

Daha sonra əsas yeməkdə protein qruplarından biri olmalıdır: Ət, toyuq, balıq, paxlalılar, yumurta və tərəvəz növləri. Vitaminli olduğu üçün xüsusilə nahar və axşam yeməklərində salat mütləq olmalıdır. 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun