Tibbi xəbərlər
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına
Tibbi xəbərlər
412

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

E-saglam.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova tərəfindən yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində S.Sadıxova tibb müəssisəsinin xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.

2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun