Faydalı
Min bir dərdin dərmanı! Kiçik qara dənələri qana nüfuz edir,
Faydalı

Min bir dərdin dərmanı! Kiçik qara dənələri qana nüfuz edir, müalicəvi gücə malikdir

Qara zirə, zəngin qida tərkibi və sağlamlıq üçün təsirli xüsusiyyətləri ilə tanınır. Kalsium, kalium, fosfor, dəmir, A, B və C vitaminləri, maqnezium və sink kimi minerallarla zəngindir.

E-saglam.az xəbər verir ki, onun tərkibindəki timokinon antioksidant, iltihab əleyhinə və immunitet gücləndirici təsir göstərir.

Antioksidan təsir: Qara zirə sərbəst radikallara qarşı mübarizə apararaq ürək-damar xəstəlikləri, xərçəng və revmatizm riskini azaldır.

İmmuniteti gücləndirir: Timokinon, T hüceyrələrinin və faqositlərin sayını artıraraq immunitet sistemini dəstəkləyir.

Diabetin idarəsi: Qara zirə insulin həssaslığını artıraraq qan şəkərini tənzimləyir.

Ürək-damar sağlamlığı: Trigliseridlər və xolesterol səviyyəsini tarazlaşdıraraq ürək xəstəliklərinin qarşısını alır.

Həzm sistemi: Mədə və bağırsaq selikli qişasını qoruyur, mədə turşusunu azaldır və həzm sistemini tənzimləyir.

Dəri sağlamlığı: İltihab əleyhinə təsir göstərərək sədəf və Behçet xəstəliyində müsbət rol oynayır, yaşlanma əleyhinə təsir göstərir.

Qeyd: Qara zirə istifadəsi zamanı həkimlə məsləhətləşmək tövsiyə edilir. Onun faydaları fərdi sağlamlıq vəziyyətinə görə dəyişə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun