Yandex watch
Meyvələri düzgün yuyursunuz?

Meyvələr vitamin, mineral və antioksidant baxımından zəngin olub, ümumi sağlamlıq üçün olduqca vacibdir. Lakin onları düzgün yuyub-təmizləmədən istehlak etmək sağlamlığa ciddi ziyan vura bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, meyvələrin üzərində qalan pestisid qalıqları, xüsusən də sintetik kimyəvi maddələr, Parkinson, Alzheimer və müxtəlif növ xərçəng xəstəlikləri ilə əlaqələndirilir. Araşdırmalar göstərir ki, bu maddələr sinir sisteminə, hormon balansına və reproduktiv sağlamlığa mənfi təsir edir.

Pestisidlərə uzunmüddətli məruz qalma nəticəsində insanlarda yaddaş itkisi, titrəmə, məhsuldarlığın azalması, hətta doğuş qüsurları və tənəffüs xəstəlikləri meydana çıxa bilər. Uşaqlar və hamilə qadınlar isə bu kimyəvi maddələrin təsirinə qarşı daha həssasdırlar.

Bəs bu riskləri azaltmaq üçün nə etməli? Ən sadə və effektiv yol — meyvələri düzgün yumaqdır. İstehlakdan əvvəl meyvələri soyuq axar suyun altında yaxşıca yumaq, əllə və ya yumşaq fırça ilə səthini ovuşdurmaq lazımdır. Alma və armud kimi sərt qabıqlı meyvələr üçün bu üsul daha təsirlidir. Əlavə olaraq, meyvələri 15 dəqiqə sirkəli, duzlu və ya karbonatlı suda islatmaq da pestisidlərin təmizlənməsində olduqca faydalıdır.

Daha bir alternativ isə üzvi meyvələrə üstünlük vermək və ya imkan varsa, öz meyvə-tərəvəzinizi yetişdirməkdir. Nə qədər sağlam olursa-olsun, düzgün yuyulmamış meyvə təhlükə mənbəyinə çevrilə bilər. Bu səbəbdən, meyvə yuma vərdişinə diqqətlə yanaşmaq sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az