
Salmonella bakteriyası az bişmiş toyuq və qırmızı ətin, çiy yumurtanın, meyvə və tərəvəzlərin, hətta düzgün saxlanmayan qoz-fındığın tərkibində tapıla bilər.

E-saglam.az xəbər verir ki, Tibbi Mikrobiologiya kafedrasının müdiri Dos. Dr. Özge Ünlü bildirir ki, bu bakteriya ciddi zəhərlənmələrə və sistemik infeksiyalara səbəb ola bilər.
İnfeksiyanın qarşısını almaq üçün ətin yaxşı bişirilməsi, meyvə-tərəvəzin tam yuyulması və gigiyena qaydalarına əməl olunması vacibdir. Əllər yeməkdən əvvəl və sonra ən az 20 saniyə sabunla yuyulmalıdır.
Prof. Dr. Ahmet Karaca vurğulayır ki, Salmonella həm insanlarda, həm də heyvanlarda infeksiya yarada bilər. Xəstə insanlarla təmas, çirkli su və qida vasitəsilə yayılır. Zəhərlənmə əlamətləri — qarın ağrısı, ürəkbulanma, qusma, ishal və qızdırma — ilk 8-72 saat ərzində özünü göstərə bilər. Risk qrupuna daxil olan şəxslər bu simptomlar zamanı dərhal həkimə müraciət etməlidirlər.
Qida təhlükəsizliyi üçün məhsullar yalnız etibarlı yerlərdən alınmalı, yemək hazırlığı zamanı şəxsi gigiyena unudulmamalıdır. Dr. Ünlü əlavə edir ki, xəstə insanın əli ilə yoluxma riski də nəzərə alınmalı, bu cür hallarda əl gigiyenası xüsusilə önəm daşıyır.
Tərcümə: Könül Oruc