Qidalanma
Metabolik sağlamlığı dəstəkləyən ən yaxşı 6 tərəvəz
Qidalanma
879

Metabolik sağlamlığı dəstəkləyən ən yaxşı 6 tərəvəz - qan şəkəri, təzyiq, xolesterola qarşı...

Tərəvəzlər tərkibindəki vitaminlər, minerallar və antioksidantlara görə metabolik sindromlu insanlar üçün faydalıdır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzlərinə görə, bu qidalar qan şəkərinin səviyyəsini tənzimləməyə və insulinə həssaslığı yaxşılaşdırmağa kömək edən liflə də zəngindir .

Ən yaxşı tərəvəzlər sizin bəyəndiyiniz hər hansı tərəvəzdir. Müxtəlif tərəvəz növlərindən istifadə adekvat qida maddələri əldə etmək üçün  bir yol olsa da, ən çox bəyəndiyiniz tərəvəzləri istehlak etmək lif qəbulunuzu artırmağa kömək edəcək. Bu, kalori qəbulunu və xolesterol səviyyələrini azaltmaqda böyük rol oynayır." 

Yeni bir yemək planı tətbiq etmək əvəzinə, bu tərəvəzləri hər gün rotasiyanıza əlavə etmək daha asan ola bilər.

Sağlam qan şəkərini, qan təzyiqini və xolesterol səviyyələrini dəstəkləyən bu liflə zəngin qidaların siyahısını təqdim edirik: 

1. Brokoli

"Frontiers in Nutrition"da 2021-ci ildə aparılan bir araşdırmada deyildiyi kimi, brokoli insulin həssaslığını yaxşılaşdırmağa kömək edə bilər. Bu tərəvəzin kalorisi azdır və metabolik sağlamlığınıza faydalı olan qidaları ehtiva edir. Tərkibində antimikrobiyal və iltihab əleyhinə xüsusiyyətləri ilə tanınan sulforafan adlı kimyəvi maddə var.

2. Əginar

Ənginar ürəkləri qlükoza və karbohidratların mübadiləsində rol oynayan bir mineral olan manqanın yaxşı mənbəyidir. Bundan əlavə, onlar sağlam qan təzyiqini dəstəkləyən yaxşı bir kalium mənbəyidir. Ənginar bişirmək olduqca asandır - siz onları buxarda, qrildə və s. bişirə bilərsiniz. Limon, şüyüd  və təzə əzilmiş ənginardan ibarət, liflə zəngin qarışımdan istifadə edə bilərsiniz. 

3. İspanaq

Bişmiş ispanağın təsirli sağlamlıq faydaları var. 1 stəkan porsiyada kalsium ehtiyacınızın 19%-ni, gündəlik dəmirinizin 33%-ni və kaliumun 17%-ni əldə edə bilərsiniz. Təsirli faydaları ola bilər, lakin təzə ispanaq çox asanlıqla selikli ola bilər. İspanağı soyuducuda  düzgün şəkildə saxlamalısınız. Siz həmçinin dondurulmuş ispanaqdan istifadə etməklə onun faydalarını əldə edə bilərsiniz.

4. Kələm

2022-ci ildə aparılan bir araşdırmaya görə, metabolik sindrom digər xroniki xəstəliklərin riskini artıraraq oksidləşdirici stresslə əlaqələndirilir. Məlum bir antioksidan olan C vitamini bədəni oksidləşdirici stressin zərərli təsirlərindən qorumağa kömək edir. Bu növ antioksidantla zəngin bir tərəvəz axtarırsınızsa, kələmdən başqa yerə getməyin. Bu qida həm də qan şəkərini idarə etməyə və sizi tox saxlamağa kömək edən yüksək lif tərkibinə malikdir. Kələm həm də metabolik sindromun ümumi nəticəsi olan qan şəkərinin sıçrayışlarının qarşısını almağa kömək edən yaxşı bir lif mənbəyidir. 

5. Çili bibəri

Çili bibərində sıx və ləzzətinin səbəbi olan kapsaisin var. Bu birləşmə HDL-nin ("yaxşı" xolesterol kimi tanınır) artırılmasına və diabet və yüksək qan təzyiqi kimi xroniki xəstəliklərin riskinin azaldılmasına, antioksidanların təmin edilməsinə qədər bir çox faydaları var.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun