Tibbi xəbərlər
Mərkəzi Xəstəxanada saxta COVID pasportu CİNAYƏTİ
Tibbi xəbərlər
197

Mərkəzi Xəstəxanada saxta COVID pasportu CİNAYƏTİ

Goranboy rayon Mərkəzi Xəstəxanasında avqustun 24-də koronavirus xəstəliyi əleyhinə aparılmış peyvəndləmə prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğundan E-saglam.az-a verilən xəbərə görə, araşdırma zamanı Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində tibb qeydiyyatçıları Gülşad Əliyeva və Ayşən Qəhrəmanovanın peyvəndləmə keçirilməsi ilə bağlı onlara həvalə edilmiş qulluq səlahiyyətlərindən istifadə etməklə tamah niyyəti ilə “e-təbib” informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun