
Aybaşı ağrıları bir çox qadının gündəlik həyatına təsir edir.

E-saglam.az xəbər verir ki, məşhur fitoterapevt İbrahim Saraçoğlu bu dövrdə yaranan narahatlıqları azaltmaq üçün civanperçemi bitkisini tövsiyə edir. Bitkinin tərkibindəki Achillin və Achilleine birləşmələri əzələləri gevşədici və sakitləşdirici təsir göstərərək menstrual ağrıların qarşısını almağa kömək edir.
Civanperçemi dəmləməsi necə hazırlanır?
Hazırlanması olduqca sadədir: 1 stəkan xlorsuz suyu qaynadın, üzərinə 1 çay qaşığı civanperçemi əlavə edin və qapağını bağlayaraq 3 dəqiqə zəif odda dəmləyin. Soyuduqdan sonra süzərək istifadə edə bilərsiniz. Bu dəmləmə hər dəfə təzə hazırlanmalı və menstruasiya başlamazdan 3 gün əvvəl gündə iki dəfə – səhər və axşam içilməlidir. Müalicə menstruasiya bitənədək davam etdirilir.
Vacib xəbərdarlıq
Təbii tərkibli olsa da, civanperçemidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək mütləqdir. Xüsusilə xroniki xəstəlikləri olanlar və ya daimi dərman istifadə edən şəxslər bu bitkiyə başlamazdan öncə mütəxəssis nəzarətində olmalıdırlar. Həmçinin bitkiyə qarşı allergiyası olanların istifadədən çəkinməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc