Müasir həyatın sürətli tempi və gündəlik streslər insanları mənfi düşüncələrə meylləndirir.
E-saglam.az xəbər verir ki, lakin beyin məşqçisi Emilie Leyesin sözlərinə görə, mənfi düşüncələrdən xilas olmaq üçün sadəcə 10 saniyə kifayətdir.
Leyes, TikTok paylaşımında mənfi fikirlərdən azad olmaq üçün neyropsixoloq Dr. Rick Hansonun "quraşdırma" texnikasını tövsiyə edib. Bu üsul, müsbət təcrübələrin yaddaşda qalıcı olması üçün şüurlu şəkildə diqqət mərkəzində saxlanılmasını nəzərdə tutur. Leyes izah edir ki, mənfi təcrübələr beynimizdə avtomatik olaraq yer tutur, lakin müsbət təcrübələrin təsirini artırmaq üçün həmin anları 5-10 saniyə boyunca düşünmək vacibdir.
Müsbət təcrübələr, məsələn, gözəl bir yemək, gəzinti və ya dostlarla xoş bir söhbət, beynin daha çox müsbət düşüncələrə yönəlməsini təmin edə bilər. Bu texnika həm də gələcəkdə neqativlikdən uzaqlaşmağı və optimist yanaşmanı gücləndirir.
Beyin məşqçisinin tövsiyəsinə əsaslanaraq, gündəlik həyatınızdakı kiçik müsbət anları dəyərləndirin və diqqətinizi onlara yönəldin. Bu, həm emosional sağlamlığınıza müsbət təsir edəcək, həm də ümumi həyat keyfiyyətinizi artıracaq.
Könül Oruc