Sankt-Peterburqda hava təmizləyicisi ilə nəfəs alan 14 yaşlı məktəbli ölüb.
E-saglam.az Rusiya mediasına istinadla bildirir ki, oğlanın dostlarının sözlərinə görə, məktəbdən sonra onunla birlikdə plastik torbalar və bir qutu hava təmizləyicisi alıblar. Bundan sonra məktəblilər 14 yaşlı oğlanın evlərinə gediblər. Yeniyetmə havatəmizləyicini torbaya səpərək nəfəs almağa başlayanda halı pisləşib.
Oğlan anası ilə yaşayırmış, hazırda şoka düşdüyündən polislə ünsiyyətdə ola bilmir./lent.az/