Tibbi xəbərlər
Maqnezium çatışmazlığının tez-tez
Tibbi xəbərlər
221

Maqnezium çatışmazlığının tez-tez gizli qalan əlamətləri

Nevroloqlar bildirir ki, maqnezium çatışmazlığı – yəni hipomaqnezemiya – çox vaxt uzun müddət hiss olunmadan davam edir, lakin insanın ümumi vəziyyətinə ciddi təsir göstərir.

E-saglam.az xəbər verir ki, nevroroloq Elena Miroşnik diqqət yetirilməsi lazım olan əsas əlamətləri açıqlayır.

Mütəxəssis qeyd edir ki, maqneziumun azlığı sinir sistemi üçün xüsusilə həssasdır. Artan qıcıqlanma, narahatlıq, panik ataklara meyillilik, xroniki yorğunluq, istirahətdən sonra belə davam edən halsızlıq, yuxu pozuntuları, baş ağrıları və yaddaş zəifləməsi bu çatışmazlığın tipik göstəricilərindəndir.

Əzələ tərəfdən isə qıcolmalar, spazmlar, göz qapağında və ya digər nahiyələrdə qeyri-iradi sızıldamalar, qollarda və ayaqlarda uyuşma və qarıncalanma yarana bilər. Ürək-damar sistemi də bu vəziyyətdən təsirlənə bilər — ürək döyüntüsünün artması, ritm pozuntuları və təzyiqin yüksəlməsi kimi.

Nevroloqun sözlərinə görə, uzunmüddətli maqnezium çatışmazlığı ümumi zəiflik, iştahsızlıq, ürəkbulanma və hətta kalsium mübadiləsinin pozulması səbəbilə osteoporoz riskinin artmasına gətirib çıxara bilər. Qadınlarda isə PMS simptomlarının daha kəskin hiss olunması tez-tez müşahidə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun