Faydalı
Lazımsız antibiotik istifadəsi uşağa hansı ziyanları vura bilər? - AÇIQLAMA
Faydalı
251

Lazımsız antibiotik istifadəsi uşağa hansı ziyanları vura bilər? - AÇIQLAMA

Göstərişə görə yerində istifadə edilən antibiotiklər həyat qurtaran dərmanlardır.

Bu sözləri E-saglam.az-a açıqlamasında pediatr, uzman Dr. Elnur Hüseynov deyib. 

Onun sözlərinə görə, amma özbaşına antibiotik istifadəsi xəstəliyi sağaltmaq əvəzinə, sağlamlığımıza ciddi zərər verir: "Belə demək olar ki, bu gedişlə davam etsə bakteriyalar antibiotiklərə qarşı rezistentlik qazanacaq və infeksiyon xəstəliklərin müalicəsi çətinləşəcək". 

Niyə özbaşına antibiotik istifadə etmək olmaz? 

- Dozanın uyğun seçilməməsi,
- Antibiotikin xəstəliyə uyğun seçilməməsi,
- Əlavə təsirlər haqqinda məlumatın olmaması,
- Yanlış istifadə qaydası,
- Antibiotik kursunun düzgün seçilməməsi,

Bu amillər antibiotiklərdən alınacaq faydanı ən aza endirir. Əlavə təsirləri isə artırır.

Könül Oruc
 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun