Tibbi xəbərlər
KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"
Tibbi xəbərlər
221

KTM: "Ötən ay zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib, 6 nəfər ölüb"

May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib.

Bu barədə E-saglam.az-a Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: "Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb. Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun