Xəstəliklər
Kovid kişilərin ata olmaq şansını azaldır
Xəstəliklər
207

Kovid kişilərin ata olmaq şansını azaldır

Kovid infeksiyası kişilərdə spermanın səviyyəsinə mənfi təsir edir.

E-saglam.az xəbər verir ki, Belçikanın elmi institutunun apardığı son elmi tədiqiqatda kovidə yoluxmuş kişilərin ata olmaq şansı yoxlanılıb.

120 nəfər kovid olub sağalmış kişidən götürülmüş sperm nümunələri araşdırılıb. Kişilərin yaşı 30-35 yaş aralığında olub.

Sperm analizi xəstəlikdən 50 gün sonra götürülüb.

Baxmayaraq ki, spermdə heç bir virus hissəciyi, qalığı aşkarlanmayıb, əvəzində keyfiyyət və hərəkətlilik pozulmuş olub.

Sperm hərəkətliliyi koviddən sağaldıqdan 2-3 ay sonra tədricən bərpa olmağa başlayıb.

Alimlər hesab edir ki, bu səbəbdən kovid keçirmiş kişilərin sağaldıqdan sonrakı 3-5 ay ərzində ata olmaq şansı çox aşağı olur.

Ona görə 4-5 ay tam bərpanı gözləmək lazımdır. İstisna deyil ki, 1-2% kişilərin reproduktiv sağlamlığı heç bərpa olmaya bilər./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun