Faydalı
Körpənin geri iməkləməsi normaldır?
Faydalı
852

Körpənin geri iməkləməsi normaldır?

İməkləmə bir çox valideynin körpəsinin inkişafında səbirsizliklə gözlədiyi mərhələlərin başlanğıcıdır. Körpələr ümumiyyətlə 6-10 ay arasında iməkləməyə başlayırlar.

- Bu aylarda körpələri üz üstü yatırdığınızda bəziləri qolları ilə özlərini qabağa çəkir və arxa ayaqlarını işlətmir, bəziləri ayaqlarını istifadə etməyi üstün tutur, bəziləri isə hətta arxaya iməkləyə bilir.

- Körpələr iməkləməyi öyrənməyə başlayanda bunu etmək üçün ən asan yolu seçirlər. Əvvəlcə onlar qollarının ayaqlarından daha güclü olduğunu hiss edə bilərlər, bu halda onlar özlərini geriyə doğru itələyəcəklər. Bir çox körpə bunu edir və bu, körpənizin inkişafında anormallıq olduğu mənasına gəlmir.

- Əgər getmək istədiyi yerə gedə bilirsə, geri iməkləmək körpənizi narahat etməyəcək. Ayaqları gücləndikcə o, irəli iməkləməyi öyrənəcək.

- İməkləməyi inkişaf etdirməsi üçün onun sevimli oyuncağını qarşısına, əlinin çatmadığı yerə qoyun. Əvvəlcə ağlaya bilər, amma cəhd etmək üçün ona vaxt verin. İrəli getməyə çalışaraq əzələlərini gücləndirməsinə icazə verin.

- İməkləməyən körpələrdə o demək deyil ki, hansısa bir problem var. Bəzi körpələr iməkləmədən gəzməyə başlayır, bu da genetik faktorlardan özünü göstərə bilər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun