Faydalı
Körpələrin yuxusunu pozan - ƏSAS SƏBƏBLƏR
Faydalı

Körpələrin yuxusunu pozan - ƏSAS SƏBƏBLƏR

Yuxunun vaxtı balacaların yaş kateqoriyasından asılı olaraq dəyişir. Yeni doğulan körpələr üçün gün ərzində 20-22 saat yuxu normal hesab olunur.

Yaya doğru yaxınlaşdıqca bəzi uşaqlarda yuxu rejiminin pozulması müşahidə edilir.

E-saglam.az bildirir ki, bunu həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: “Yayın gəlişi ilə əlaqədar olaraq valideynlər həm uşaqların iştahının azalması, tərləmənin artması və yuxularının narahatlığından şikayətlənirlər. Uşağın yuxusuna təsir göstərən bir sıra səbəblər var. Günün uzanması ilə əlaqədar uşaqların aktiv oyunlarla məşğul olması onlarda sinir oyanıqlığına səbəb olur və bu, onların yuxusunu pozur. Həmin uşaqlar yuxuya çox gec gedirlər”.

Uşaqların yatdığı otaqların sərin olması da vacib şərtlərdən biridir. Bundan başqa bəzi valideynlər övladlarını gündüz saatlarında yatmağa məcbur edirlər. Mütəxəssislər isə bunun yanlış olduğunu bildirirlər. Uşaqların yuxu rejimini normaya salmaq üçün yatmazdan əvvəl onların məşğuliyyətlərinə və oyunlarına fikir vermək də lazımdır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun