Professor Dmitri Enikeyev koronavirusun kişilərin reproduktiv sisteminə necə təsir etdiyindən danışıb
E-saglam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, professor orta və ağır COVID xəstələrində hormonal səviyyələrdə və testosteronda azalma müşahidə olunduğunu, canlı spermatozoidlərin azaldığını və daha çox təsirləndiyini deyib. Lakin 3 ay sonra təkrar müayinədən sonra bu dəyişikliklərin normallaşdığı məlum olub.
“Koronavirusdan ölən kişilərdə cinsi vəziyyəti də araşdırdıq və onlarda iltihabi dəyişikliklər olduğunu gördük. Görünür ki, xəstəlik pik nöqtəsində aktivdir və bir çox orqan və sistemlərə təsir göstərir”, - ekspert REN TV-yə müsahibəsində bildirib./publika.az/