Xəstəliklər
Koronavirusun ən təhlükəli yeni ştamı aşkarlanıb, 3 ölkədə yoluxma qeydə alınıb
Xəstəliklər
163

Koronavirusun ən təhlükəli yeni ştamı aşkarlanıb, 3 ölkədə yoluxma qeydə alınıb

Koronavirusun digərlərindən daha ağır ola biləcək daha bir ştamı aşkarlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məlumata görə, yeni ştam artıq Cənubi Afrika Respublikası, Botsvana və Honq-Konqda qeydə alınıb. B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə on yoluxma müəyyən edilib.

Ştamın tərkibində 32 mutasiya var ki, onlardan bəziləri yüksək ötürülmə qabiliyyəti və vaksinlərə qarşı müqaviməti ilə seçilir.

Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun