Xəstəliklər
Uğur Şahin: "Hazırda virusun mutasiya olunmuş formaları ilkin mərhələdədir"
Xəstəliklər
252

Uğur Şahin: "Hazırda virusun mutasiya olunmuş formaları ilkin mərhələdədir"

“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi, əslən türk olan Uğur Şahin İngiltərənin “The Times” qəzetinə açıqlama verib.

E-saglam.az məlumat verir ki, koronavirusun mutasiya olunmuş formaları barədə danışan alimin fikrincə, virus mutasiya olunmağa davam edəcək:

“Hazırda virusun mutasiya olunmuş formaları ilkin mərhələdədir. İndi istifadə edilən peyvəndlər koronavirusun burun, ağız və ciyərlərə keçməsinin qarşısını ala bilir. Ancaq virus bədənin başqa nöqtələrindən də keçə bilərək xəstəliyi yaymaq üçün yeni yollar tapa bilər”.

Professor yeni yayılmağa başlayan “Mu” variantı ilə bağlı da sualları cavablandırıb:

“Bununla bağlı araşdırmalar aparmışıq. Bu variant peyvəndlərin yaratdığı immuniteti məhv edə bilməsə də, başqa bir mutasiya olunmuş forma bunu edə bilər”./lent.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun