Kovid 19 infeksiyasına yoluxub sağalmış hər kəs xəstəliyi hansı formada keçirməsindən asılı olmayaraq, kontrol analiz və testlər verməlidir.
E-saglam.az xəbər verir ki, həkimlər koviddən sonra tromboz riskinin artdığını bildirir. Ona görə mütləq hər kəs ilk növbədə qanın laxtalanması və D dimer analizini verməlidir.
Eləcə də qanın ümumi analizi, böyrəklərdə kreatin, qaraciyər göstəriciləri yoxlanılır.
Yenicə sağalanlar İgM və İgG analizi – orqanizmdə aktiv virus olub-olmaması və antitek yaranıb –yaranmamasını yoxlatmaq yaxşı olar. Bu xəstənin tam sağaldığını dəqiqləşdirəcək./medicina.az/