Xəstəliklər
Koronavirusa yoluxan baş direktorun vəziyyəti AĞIRLAŞIB
Xəstəliklər
196

Koronavirusa yoluxan baş direktorun vəziyyəti AĞIRLAŞIB

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun vəziyyəti ağırlaşıb.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"a institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bir müddətdir koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

Qeyd edək ki, K.Şükürov Tarix İnstitutun baş direktoru vəzifəsinə bu ilin əvvəlində təyinat alıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun