Xəstəliklər
Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədir
Xəstəliklər
139

Koronavirus xoruldayan insanlara daha böyük təhlükə törədir

Xorultudan və ya yuxuda nəfəs kəsilməsi problemindən əziyyət çəkən insanlar COVID-19-a daha çox həssasdırlar.

E-saglam.az bildirir ki, bu barədə nevrologiya və somnologiya (yuxu haqqında elm.red) sahəsi üzrə mütəxəssislər xəbərdarlıq edir.

Elm adamları qeyd edir ki, yuxu zamanı tənəffüs problemi olan insanlar pandemiyanı daha ağır keçirir, belə ki, ağciyəri zədələyən koronavirus xəstəlik dövründə tənəffüsün dayanması riskini yaradır.

Mütəxəssislər belə xəstələrə xüsusi diqqətlə yanaşmağın vacib olduğunu qeyd edirlər.

Somnoloqlar həmçinin əlavə edirlər ki, COVID-19 gələcəkdə yuxuda nəfəs kəsilməsi probleminin daha da kəskinləşməsinə gətirib çıxarır./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun