Faydalı
Kondisionerlə yatmaq
Faydalı
198

Kondisionerlə yatmaq xəstələndirirmi?

Kondisioner evinizdən istiliyi udur və arxada yalnız sərin hava qoyur. Otaq içərisindəki havadan istilik alır və otaqda istənilən temperaturu saxlayaraq onu xaricə ötürür.

E-saglam.az xəbər verir ki, hindistanlı həkim Dr. Vineet Arora bizə kondisionerlə yatsanız xəstələnə biləcəyinizi söyləyir.

Kondisioner işlək vəziyyətdə yatmaq zərərli olduğu üçün deyil, yuxu zamanı onu tənzimləmək mümkün olmadığı üçün tövsiyə edilmir ki, bu da sağlamlığın pisləşməsinə səbəb ola biləcək halların yaranmasına səbəb ola bilər.

Həkim aydınlaşdırır ki, kondisionerlə yatmaq birbaşa xəstəliyin səbəbi deyil, lakin bəzi şərtləri təhrik edə bilər:

Kondisioner rütubət səviyyəsini azaldır, bu da dərinin, boğazın və burun keçidlərinin qurumasına səbəb olur. Bu quruluq narahatlıq və qıcıqlanmaya səbəb ola bilər, potensial olaraq tənəffüs problemləri və infeksiya riskini artırır;

çox aşağı temperatur soyuqdəymə və ya tənəffüs yoluxucu infeksiyalara qarşı həssaslığı artıra bilən hipoterniyaya səbəb ola bilər;

sərin otaqdan isti mühitə keçərkən temperaturun qəfil dəyişməsi də bədənin həddindən artıq yüklənməsinə, əzələlərin sərtləşməsinə və ağrılarına səbəb ola bilər;

Kondisioner işlək vəziyyətdə yatmaq səs-küy, temperaturun dəyişməsi və quru hava ilə pozula bilər;

Kondisionerinizə düzgün qulluq edilmirsə, o, toz, kif, bakteriya və digər allergenləri dövriyyəyə buraxa bilər ki, bu da tənəffüs problemlərinə, allergik reaksiyalara və ya astma simptomlarını pisləşdirə bilər.

Bu problemlərin qarşısını almaq üçün həkim termostatda +22 ilə +26 dərəcə arasında rahat bir temperatur saxlamağı, nəmləndiricilərdən istifadə etməyi, kondisionerə mütəmadi olaraq qulluq etməyi və onu kirdən təmizləməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun