Tibbi xəbərlər
Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub
Tibbi xəbərlər
363

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub

Kliniki Tibbi Mərkəzdə (KTM) yeni kadr təyinatı olub.

Mərkəzdən E-saglam.az-a verilən məlumata görə, infeksion xəstəlikləri və klinik mikrobioligiya üzrə mütəxəssis Fərrux Sədirov KTM-in baş infeksionisti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Sədirov Fərrux Cəbrayıl oğlu 1983-cü il iyulun 8-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri, Xətai rayonu 194 saylı orta məktəbdə alıb. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Müalicə işi” fakültəsində təhsil alıb. 2006-2007-ci illərdə internatura təhsilini həkim-nevroloq kimi Kliniki Tibbi Mərkəzdə alıb. 2014-2020-ci illərdə Türkiyənin İstanbul Universitetindəki Cərrahpaşa Tibb Fakültəsi, İnfeksion xəstəliklər və Klinik mikrobiologiya üzrə təhsilini davam etdirib.

2008-2009-cu illərdə M.Əliyev adına Respublika Təsərrüfat Hesablı Poliklinikada həkim-nevropotoloq, 2009-2011-ci illərdə 1 saylı Bakı dəmiryol poliklinikasında həkim-nevropotoloq, 2011-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə hallar orqanları, N-saylı hərbi hissə həkimi kimi fəaliyyət göstərib.

2020-2021-ci illərdə TƏBİB-in koordinasiyası şöbəsinin Cənub ərazi bölməsi üzrə koordinatoru vəzifəsində çalışıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun