Tibbi xəbərlər
Kişinin böyrəyindən əməliyyatla 1200 daş çıxarıldı
Tibbi xəbərlər
283

Kişinin böyrəyindən əməliyyatla 1200 daş çıxarıldı

Sakaryada böyrək daşı şikayəti ilə xəstəxanaya müraciət edən 69 yaşlı vətəndaş belində açılan 1 sm-lik dəlikdən “Perkutan nefrolitotomiya” üsulu ilə əməliyyat olunub.

E-saglam.az xəbər verir ki, baş verən əməliyyatda xəstənin böyrəklərindən 200 qram ağırlığında 1200 ədəd daş çıxarılıb. Xəstə 3 günlük nəzarətdən sonra evə buraxılıb.

Əməliyyatda tətbiq edilən texnika haqqında şərh verən Sakarya Təhsil və Araşdırma Xəstəxanasının baş həkimi Dos. Dr. Fikrət Halis böyrək daşı xəstəliyinin ümumi bir xəstəlik olduğunu və tətbiq edilən üsulla xəstələrin bel nahiyəsindən bütün daşları bir anda çıxarmaq imkanının olduğunu bildirib.

"Böyrək daşı xəstəliyi geniş yayılmış xəstəlikdir. Böyrək daşları xəstələrdə anatomik pozğunluq, maddələr mübadiləsi problemi və ya ətraf mühit faktorları səbəbindən yaranır. Diqqət edilməzsə, bu xəstəlik zamanla xəstələrdə böyrək çatışmazlığına qədər inkişaf edə bilər”, – deyə baş həkim bildirib. /aztibb.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun