Faydalı
Kişilərə sperma keyfiyyətinin yaxşılaşdırılması yolları haqqında
Faydalı
146

Kişilərə sperma keyfiyyətinin yaxşılaşdırılması yolları haqqında məsləhətlər verilib

Uşağın uğurlu mayalanması üçün əsas şərtlərdən biri spermanın keyfiyyətidir.

E-saglam.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi, mama-ginekoloq və reproduktiv mütəxəssis Yekaterina Şibanova Lenta.ruya müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə siqaretdən tamamilə imtina etmək lazımdır. Nikotin spermanın hərəkətliliyinə, quruluşuna və sayına mənfi təsir göstərir. Hətta passiv siqaret tüstüsü də mayalanma şansını azalda bilər. Spirtli içkilərdən imtina etmək və ya onları minimuma endirmək tövsiyə olunur. Çünki alkoqol testosteron səviyyəsini aşağı salır, spermanın quruluşunu və keyfiyyətini pozur, anormal hüceyrələrin yaranma riskini artırır.

Həkim kişilərə rasionlarına istiridyə, mal əti, qoz-fındıq, ton balığı, günəbaxan tumları, bitki yağları, sitrus meyvələri, giləmeyvə, yağlı balıq, yumurta sarısı, yaşıl yarpaqlı tərəvəzlər və paxlalı bitkilər əlavə etməyi tövsiyə edib. Eyni zamanda trans yağlar və doymuş yağlarla zəngin qidaların istehlakı mümkün qədər azaldılmalıdır.

Şibanova həmçinin gündəlik fiziki aktivliyin əhəmiyyətinə toxunub. O, orta intensivlikdə gəzinti, üzgüçülük və yoqa ilə məşğul olmağı məsləhət görüb. Stresslə mübarizə üçün meditasiya, keyfiyyətli yuxu, yaxın insanlarla vaxt keçirmək və hobbilərə zaman ayırmaq da faydalıdır. Bundan başqa, uzun müddət dar alt paltarı geyinməkdən, isti vanna və saunalardan uzaq durmaq vacibdir.

Sonda mütəxəssis xatırladıb ki, sağlam həyat tərzi yalnız ümumi rifahı deyil, eyni zamanda reproduktiv sağlamlığı da əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun