Kişilər səhər nə yeməlidir? - Faydalı ərzaqlar
Kişilər səhər nə yeməlidir? - Faydalı ərzaqlar

Dietoloqlar kişilər üçün faydalı olan səhər yeməyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, həkim qastroenteroloq Nuriya Dianova kişilər üçün uyğun ərzaqları sadalayıb.

O qeyd edib ki, qadınla kişinin səhər yeməyi fərqlidir.

Qadın üçün səhər 1 yumurta, kişi üçünsə 2 yumurta vacibdir.

Kişilər səhər zülal və mürəkkəb karbohidratları çox yeməlidir.

Onlar yumurta və ya pomidor yumurtanın yanında tərəcəz salatı, kələm və s yeməlidir. Bu, prostat vəzinin işini yaxşılaşdırır.

Eləcə də yulaf əzməsi, sarı pendir, qarabaşaq sıyığı hər gün biri yeyilməlidir.

Kişilər hər səhər 30-40 qram kərə yağı, 50 qram pendir yeməlidir.

Süd, yoqurta banan və ya giləmeyvələr qatmaq olar.

Səhər kolbasa, sosis, qazlı içki, ağ un məmulatı yemək olmaz.

Kişilər səhərlər toyuq langeti, toyuq filesi də yeyə bilər.

Kişi orqanizmi üçün səhər yeməyi vacibdir. Onu buraxmaq olmaz.