Qidalanma
Kimyaçı zeytun yağı seçərkən nələrə diqqət etməli olduğunu
Qidalanma
78

Kimyaçı zeytun yağı seçərkən nələrə diqqət etməli olduğunu izah etdi

Saxta zeytun yağı əksər hallarda sintetik deyil, bahalı yağların daha ucuz yağlarla (günəbaxan, soya və ya raps) qarışığıdır. Bəzən bu qarışıq Extra Virgin kimi satılır, baxmayaraq ki, onun xüsusiyyətləri orijinalın xüsusiyyətləri ilə uyğun gəlmir.

E-saglam.az xəbər verir ki, bunu kimya üzrə fəlsəfə doktoru Andrey Doroxov bildirib.

Ekspert ümumi sınaq metodunu - "soyuducuda sınaq"ı - mif adlandırdı. Əsl yağın soyuqda bulanıqlaşdığına və qatılaşdığına, saxta yağın isə şəffaf qaldığına inanılır. Əslində, bulanıqlıq dərəcəsi zeytun növündən, yağ turşusu tərkibindən və saxlama şəraitindən asılıdır. Rəngə də etibar etmək olmaz: o, qızılıdan yaşıla qədər dəyişir və keyfiyyəti göstərmir.

Doroxovun sözlərinə görə, alış-veriş zamanı qablaşdırmaya diqqət yetirmək vacibdir. Nüfuzlu istehsalçı həmişə kateqoriyanı, mənşə ölkəsini, yığım tarixini və son istifadə tarixini göstərəcək. Şübhəli dərəcədə aşağı qiymət məhsulun göstərilən kateqoriyaya uyğun gəlməməsinin başqa bir əlamətidir.

Yağın orijinallığı yalnız laboratoriyada tam təsdiqlənə bilər. Buna görə də, ekspert nüfuzlu brendlərdən məhsullar seçməyi, qablaşdırmanın bütövlüyünü yoxlamağı və iri pərakəndə satış yerlərindən yağ almağı tövsiyə edir — orada saxta məhsullarla qarşılaşma riski xeyli aşağıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun