Faydalı
Kilosu 10 manatdır: faydasını bilsəniz,
Faydalı

Kilosu 10 manatdır: faydasını bilsəniz, hər gün alacaqsınız - FOTO

Son illərdə sağlam həyat vərdişləri çərçivəsində populyarlaşan qidalardan biri də şirin kartofdur.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin tez-tez tövsiyə etdiyi bu tərəvəzi gündəlik qida rasionunuza əlavə etmək üçün tutarlı səbəblər var.

Birincisi, şirin kartof vitaminlə zəngindir və gündəlik A vitamini ehtiyacınızın çoxunu ödəyə bilər. Eyni zamanda, immunitet sistemini gücləndirir və dəridə hüceyrələrin bərpasını təşviq edir. Şirin kartof C vitamini, kalium və manqanla da zəngindir.

Həmçinin tərkibindəki sağlam pəhriz lifləri sayəsində həzmi tənzimləyir və dəstəkləyir, uzun müddət toxluq hissi verir.

Şirin kartof aşağı glisemik indeksi olan qidalar arasındadır. Yəni qan şəkərində qəfil artım və azalmaların qarşısını almağa kömək edir.

Qeyd edək ki, şirin kartofun bir kiloqramının Azərbaycanda pərakəndə satış qiyməti 6 manatdan başlayır. Həmçinin bəzi mağazalarda idxal edildiyi ölkədən asılı olaraq 10-15 manata təklif olunur. (publika.az)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun