Yandex watch
Kərə yağına sağlam alternativ yağ

Diyetoloq Fariseva, qahi yağının arıqlamağa kömək etdiyini söyləyib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, qhi yağı (süddən alınan təmizlənmiş yağdır) bədənə iltihab və artıq çəki ilə mübarizə aparmağa kömək edir. Həkim, NEWS.ru ilə söhbətində məhsulun gözlənilməz faydalarını açıqlayıb.

Diyetoloq qhini kərə yağına daha sağlam alternativ adlandırdı və onun tərkibində omeqa-3 yağ turşuları, A və E vitaminləri olduğunu izah etdi. Bundan əlavə, qhi yağı iltihab əleyhinə təsirə malikdir və arıqlamağa kömək edir.

Həkim onu ​​da qeyd etdi ki, qhi laktoza dözümsüzlüyü olan insanlar üçün uyğundur. Fariseeva əlavə etdi ki, gündə altı çay qaşığından çox olmayan məhsul yeyə bilərsiniz.

Diyetoloq niyə qızartmaq üçün adi kərə yağı deyil, qhi yağından istifadə etməyin daha yaxşı olduğunu izah etdi. Onun sözlərinə görə, qhi yağı qızardılan zaman praktiki olaraq oksidləşmir.

Tərcümə: Könül Oruc

E-saglam.az