Bir çox səbəbə görə yaranan bəlğəmli öskürək boğaz ağrısının ən bariz yan təsirlərindən biridir. Xəstəliyiniz yaxşılaşsa belə, öskürək davam edə bilər.
E-saglam.az xəbər verir ki, bu məqamda çinlilərin vazkeçilməz təbii dərmanı şəkərli mandarindir. Üstəlik, bu müalicənin hazırlanması olduqca sadədir. Qış meyvələri ilə soyuq havada xəstəliyin əlamətlərini necə həll etmək olar.
Naringinin faydaları
C vitamini mənbəyi: İmmuniteti gücləndirir və infeksiyalarla mübarizə aparır.
Antioksidant təsiri: Orqanizmi qoruyur və zərərli mikroorqanizmlərə qarşı müdafiəni artırır.
Boğazı yumşaldır: Naringi suyu və şəkər birləşməsi quru və qıcıqlandırıcı öskürəyi aradan qaldırır.
Həssaslığı azaldır: Boğazdakı qıdıq hissini sakitləşdirir, xüsusilə gecə öskürəyini yatırır.
Şəkərli naringi resepti
Bu təbii müalicəni hazırlamaq olduqca asandır:
- Bir naringi və ya portağalı yarıya bölün.
- Üzərinə şəkər əlavə edin.
- Qaynar suya ataraq 3 dəqiqə qaynadın.
- Soyuduqdan sonra qarışımı qaşıqla için.
Alternativ: Bal ilə naringi
Şəkərin əvəzinə bal istifadə etmək həm daha sağlam, həm də təsirli ola bilər. Bir az bal əlavə etdikdə, bu qarışıq boğaz ağrısını daha sürətlə aradan qaldırır və sakitləşdirici təsir göstərir.
Diqqət edilməli məqamlar
- Şəkərli və ya ballı naringi müalicəsini gün ərzində bir neçə dəfə istifadə edə bilərsiniz, lakin həddini aşmamaq tövsiyə olunur.
- Davamlı öskürək və boğaz ağrıları uzun müddət keçməzsə, mütləq həkimlə məsləhətləşin.
Bu sadə, lakin təsirli təbii vasitə ilə qış xəstəliklərini daha rahat şəkildə keçirə bilərsiniz.
Tərcümə: Könül Oruc