Trixoloq və dermatoveneroloq Kira Kirnas, alopesiyanın inkişafının qarşısını almaq üçün hansı bədən siqnallarına diqqət yetirməli olduğunu izah etdi.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, saç tökülməsinin təbii fizioloji proses olduğunu başa düşmək vacibdir. İnsan normalda gündə 50-120 tük itirə bilər. Bu, həyat dövrünü başa vurmuş tüklərin yeniləri ilə əvəz olunduğu nəzərə çarpmayan bir yenilənmə prosesidir. Bu tip saç tökülməsi keçəlliyə səbəb olmur.
Daha nəzərəçarpan dəyişikliklər görünsə, həyəcan siqnalı verməlisiniz:
- saç tökülməsinin artması;
- keçəllik ləkələri göründü;
- saç düzümünün sıxlığı və həcmi azaldı;
- saçlar əvvəlki uzunluğuna qədər böyüməyi dayandırdı.
Kira Kirnas vurğulayıb ki, belə hallarda diaqnoz üçün dərhal trixoloqa müraciət etmək vacibdir, çünki bu simptomların bir çox fərqli səbəbi ola bilər və saç tökülməsi çox vaxt əsas sistem xəstəliklərinin ilk əlamətidir.
Tərcümə: Könül Oruc