Faydalı
Kartof və soğanı illərdir səhv saxlamışıq -
Faydalı

Kartof və soğanı illərdir səhv saxlamışıq - Budur düzgün üsulu

Kartof və soğanı eyni yerdə saxlamaq onların daha tez xarab olmasına səbəb olur.

E-saglam.az bildirir ki, soğan yüksək miqdarda etilen qazı yayır, bu da kartofun yetişmə prosesini sürətləndirərək onun cücərməsinə və yumşalmasına gətirib çıxarır. Digər tərəfdən, kartofun nəmliyi soğanın maye ifraz etməsinə və çürüməsinə səbəb ola bilər.

Kartofun düzgün saxlanması: Kartof sərin, qaranlıq və havalandırılan yerdə saxlanmalıdır. Məsələn, kiler və ya zirzəmi bunun üçün idealdır. Günəş işığına məruz qaldıqda kartof yaşıl rəng alır və tərkibində zəhərli solanin maddəsi yaranır. Bu səbəbdən, onları işıqdan uzaq tutmaq vacibdir. Soyuducuda saxlanması tövsiyə edilmir, çünki aşağı temperatur kartofdakı nişastanın şəkərə çevrilməsinə səbəb olaraq dadını və teksturasını dəyişir.

Soğanın düzgün saxlanması: Soğanlar havalandırılan, quru və sərin bir yerdə saxlanmalıdır. Nəmlik soğanın xarab olmasını sürətləndirir, buna görə də onu bağlı plastik torbalarda saxlamaq düzgün deyil. Bunun əvəzinə, açıq səbətlərdə və ya asma torbalarda saxlanması daha yaxşıdır. Soyuducuya qoymaq isə yalnız doğranmış və ya soyulmuş soğan üçün uyğundur.

Bu sadə qaydalara əməl edərək kartof və soğanın daha uzun müddət təzə qalmasını təmin edə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun