Qidalanma
Kardioloq qan təzyiqini və insult riskini azaldan
Qidalanma

Kardioloq qan təzyiqini və insult riskini azaldan xüsusi duz açıqlayıb

Tibb elmləri doktoru, kardioloq Lyudmila Salamatina adi xörək duzu əvəzinə kalium duzundan istifadə etməyi məsləhət görüb.

E-saglam.az xəbər verir ki, o, qeyd edib ki, hipertoniyanız varsa, kalium duzundan istifadə etmək məsləhətdir. Kalium duzu qan təzyiqini və insult riskini azaldır. 

Hipertoniya xəstəsi olan insanlar adi xörək duzunu kalium duzu ilə əvəz edə bilərlər. Sübut edilmişdir ki, bu, insult və ölüm riskini azaldır.

Professor xatırladıb ki, hipertoniya tez-tez gündəlik qida rasionunda natriumun normadan artıq olması ilə yanaşı kalium çatışmazlığından yaranır: "Təzyiqi azaltmağın effektiv və sübut olunmuş üsullarından biri gündəlik qida rasionunda natriumun məhdudlaşdırılmasıdır. Natriumun sistemli məhdudlaşdırılması qan təzyiqini 10 bal azaltmağa təsir göstərə bilər - bu, bəzi dərmanların təsiri ilə müqayisə edilə bilər. Öz növbəsində, kifayət qədər kalium qəbulu qan təzyiqi balansına faydalı təsir göstərir. Buna görə də, pəhrizinizə kalium duzunu daxil etməlisiniz (ən azı qismən süfrə duzunu dəyişdirin) və ya həkiminizlə kalium əlavələri qəbul etmək barədə müzakirə edin". 

Kardioloq onu da diqqətə çatdırıb ki, hipertoniyanın inkişafından qorunmaq üçün optimal qidalanma formatı DASH (Dietary Approaches to Stop Hypertension) pəhrizidir. Bu, yüksək təzyiqin qarşısını almaq və ya müalicə etmək üçün nəzərdə tutulmuş sağlam qidalanma planıdır.

O, həmçinin xörək duzunun məhdud istehlakını vurğulayır. Bu pəhrizə riayət etmək xolesterinin səviyyəsini və eyni zamanda ürək-damar xəstəlikləri riskini effektiv şəkildə azaltmağa kömək edir.

"Sağlam insanlar gündə 8-10 qrama qədər xörək duzu qəbul edə bilər və hipertoniyanın qarşısını almaq üçün onun əvəzedicilərini də istifadə etməyə ehtiyac yoxdur”, - kardioloq bildirib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun