Yandex watch
Kalsium və protein anbarı -

Kalsium və proteinlə zəngin olan südlü balqabaq şorbası xüsusilə qadınlar üçün ideal qida sayılır. Bu şorba həm sümük sağlamlığını dəstəkləyir, həm də aşağı kalorili tərkibi ilə pəhrizdə rahatlıqla yer ala bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, balqabaq A və C vitaminləri, kalium və maqneziumla zəngindir, həm də həzm sistemini tənzimləyir, maddələr mübadiləsini sürətləndirir. Süd isə kalsium və proteinlə sümükləri gücləndirir, osteoporoz riskini azaldır.

Şorbanın hazırlanması da çox sadədir: sürtgəcdən keçirilmiş balqabaq, soğan, kərə yağı, qaynar su, süd və ədviyyatlarla birlikdə bişirilir. Üzərinə şüyüd və qurudulmuş nanə əlavə edilərək süfrəyə verilir.

Mütəxəssislər xüsusilə də qadınlara bu qidalı və sağlam şorbanı rasionlarına əlavə etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az