Faydalı
İstirahətə gedəndə bu rəng paltar geyinməyin! -
Faydalı
243

İstirahətə gedəndə bu rəng paltar geyinməyin! - Gənə yapışa bilər

Yay fəslində təbiətdə vaxt keçirmək çoxları üçün istirahət və əyləncə anlamına gəlsə də, gənə təhlükəsi ciddi narahatlıq doğurur. Gəzinti və piknik zamanı bu həşəratlara qarşı diqqətli olmaq lazımdır.

E-saglam.az xəbər verir ki, parlaq rəngli geyimlər gənələri daha çox cəlb edir. "Skandinaviya Yoluxucu Xəstəliklər Jurnalı"nda dərc olunan araşdırmaya əsasən belə geyimlər gənələri adi rəngli paltarlardan 20 dəfə artıq çəkə bilər. Alimlər bu tendensiyanın dəqiq səbəbini müəyyənləşdirməsə də, parlaq rənglərin maralların qarın hissəsinin rənginə bənzədiyi ehtimal edilir.

Mütəxəssislər açıq havaya çıxarkən açıq rəngli, uzunqollu və bədəni örtən paltarlar geyinməyi məsləhət görür. Bu, həm gənələrin dərinizə yapışmasının qarşısını almaq, həm də onların vaxtında görünməsi baxımından əhəmiyyətlidir.

(Milli.az)

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun